Türkiyədə üzümüzü güldürdülər - 1 qızıl və 2 bürünc
Bizi izləyin

İdman

Türkiyədə üzümüzü güldürdülər - 1 qızıl və 2 bürünc

Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 43-cü beynəlxalq turnir keçirilib. Turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamızın 6 üzvü iştirak edib.

Publika.az xəbər verir ki, məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi altında turnirdə mübarizə aparan güləşçilərimiz yarışların ilk günü 2 bürünc medal qazanıb. Ruslan Qasımov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

Turnirin ikinci günündə isə təmsilçimiz Aleksandr Qostiyev (86 kq) yığmamıza qızıl medal qazandırıb. Finala qədər bütün rəqiblərindən üstün olan güləşçimiz həlledici görüşdə Polşa təmsilçisinə də heç bir şans verməyib.

Beləliklə, Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 43-cü beynəlxalq turniri sərbəst güləşçilərimiz 1 qızıl və 2 bürünc medalla başa vurub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm