İran Türkiyəyə nota verdi
Bizi izləyin

Dünya

İran Türkiyəyə nota verdi

İran Xarici İşlər Nazirliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İranla bağlı açıqlamalarına görə Ankaraya nota verib.

Publika.az xəbər verir ki, Türkiyənin Tehrandakı səfirliyinin müşaviri Barış Sayğın İran Xarici İşlər Nazirliyinə çağırılaraq izahat istənilib.

Qeyd edək ki, Ərdoğon iki gün əvvəl Yəməndəki vəziyyətlə bağlı açıqlamasında “İran bölgəni idarə etmək istəyir. İran Yəmən, Suriya və İraqda nə gücü varsa çıxarmalıdır” deyib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Merziye Afham Ərdoğanın İranla bağlı açıqlamasına açıqlıq gətirilməsinin tələb olunduğunu bildirib.

İranlı bəzi siyasətçiləri və millət vəkilləri, o cümlədən parlamentin sədri Türkiyə prezidentinin aprel ayında İrana planlaşdırılan səfərin ləğv edilməsini tələb ediblər. Bəzi millət vəkilləri isə məsələni parlamentin müzakirəsinə çıxaracaqlarını bildiriblər.

Rəcəb Tayyib Ərdoğan isə bu gün Sloveniya səfərindən əvvəl Atatürk hava limanında “İrana gəlmə” çağırışına münasibət bildirib. “Bizimlə əlaqədar İrandan iki fərqli səs yüksəldi. Parlament sədri bizim həmsöhbətimiz deyil. Bizim səfərimizi o cür insanlar təyin etmir. Qərarı verən bizik”, - Ərdoğan deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm