Yaponiya da Putinin dəvətinə “yox” deyəcək
Bizi izləyin

Dünya

Yaponiya da Putinin dəvətinə “yox” deyəcək

Yaponiyanın baş naziri Sindzo Abe faşist Almaniyası üzərində qələbənin 70-ci ildönümü ilə bağlı Moskvada 9 may tarixində keçiriləcək tədbirlərdə iştirak etməkdən imtina edəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətindəki mənbələrə istinadən ölkənin “Sankey” nəşri yazıb.

Yaponiya nəşri yazır ki, Sindzo Abe ABŞ, Fransa və Almaniyanın liderlərindən sonra Moskvanın dəvətinə mənfi cavab verəcək.

Qeyd edək ki, rəsmi Tokio İkinci Dünya müharibəsinin sonunda SSRİ tərəfindən tutulan Kuril adalarına iddia edir. İkinci Dünya müharibəsinin nəticəsinə görə, iki dövlət arasında hələ də sülh müqaviləsi yoxdur. Bundan başqa, Ukrayna böhranı ilə əlaqədar Qərbin Rusiyaya qarşı qəbul etdiyi bir sıra sanksiyalara Yaponiya da qoşulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm