Mirzə Sakitlə cəbhəçilər arasında qarşıdurma: “Bunu yalnız vicdansızlar deyə bilər”
Bizi izləyin

Nida.az

Mirzə Sakitlə cəbhəçilər arasında qarşıdurma: “Bunu yalnız vicdansızlar deyə bilər”

“Azadlıq” qəzetinin keçmiş yazarı, hazırda Avropada yaşayan satirik şair Mirzə Sakitlə cəbhəçilər arasında qarşıdurma yaranıb.


Publika.az xəbər verir ki, qəzetin Avropada yaşayan yazarı Fikrət Hüseynli M. Sakitə qarşı sərt ittihamlar irəli sürərək onu xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə günahlandırıb.


“Mirzə" ləqəbli Sakit Zahidovu Azərbaycanın xüsusi xidmət orqanları danışdırdığı dəqiqdir. Çünki bu adam 1992-93-cü illərdə mənim bir dəfə İsgəndər Həmidova salam verdiyimdən xəbərdardır. Mirzənin bunu bilməsi mümkünsüzdür. Zamanında İsgəndər Həmidovla münasibətim olmağını ancaq xüsusi xidmət orqanları yadlarında saxlaya bilər. Mirzə danışdıqca batır. Bu adam Azərbaycanda üz qoymamışdı. Salam verən yox idi. Avropaya gəldi, adam bildik, qapımızı açdıq, süfrədə əyləşdirdik. Ancaq artıq buraları da murdarladı. Bu gedişlə o öləndə kəfənin ucundan tutub quyuya tullayanı da olmayacaq”, - deyə F. Hüseynli ittihamlarında qeyd edib.


M. Sakit isə Publika.az-a açıqlamasında onu ittiham edənləri vicdansız adlandırıb: “Belə məsələlərə əhəmiyyət verməyin. Mən də qətiyyən əhəmiyyət vermirəm. Mənim xüsusi xidmət orqanlarına işləməyimi söyləyənlər ancaq öz vicdanını itirmiş adamlar olarlar”.


M. Sakit cəbhəçiləri demokratiyanı imitasiya etməkdə ittiham edib.


“Bəziləri özlərini demokrat göstərib Leyla Yunusun şəkilini profilə qoyurlar. Bir zamanlar Natiq Ədilov da Çe Geveranın şəkilini profilinə qoymuşdu. Sonra da gedib İran şarlatanlarına mədhiyyə oxudu. Belə şeylərlə demokrat olmurlar”, - deyə o bildirib.


M. Sakit məsələ ilə bağlı geniş açıqlama verdiyi üçün üzərində çox dayanmaq istəmədiyini də qeyd edib.


Qeyd edək ki, bu qalmaqaldan sonra “facebook” sosial şəbəkəsində cəbhəçilər tərəfindən M. Sakitə qarşı kampaniya başlayıb.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm