İran və “altılıq” nüvə danışıqlarında son mərhələyə başlayır
Bizi izləyin

Dünya

İran və “altılıq” nüvə danışıqlarında son mərhələyə başlayır

Britaniya, Çin, Fransa, Rusiya, Almaniya və Amerika Birləşmiş Ştatlarının xarici işlər nazirləri bu gün iranlı həmkarı ilə görüşərək İranın nüvə proqramını müzakirə edəcəklər.

Publika.az BBC-yə istinadən xəbər verir ki, 31 mart nüvə razılaşmasının imzalanması üçün son tarix olduğundan, bugünkü görüş ciddi əhəmiyyət daşıyır.

Lozanda keçirilən görüşü izləyən BBC-nin müxbiri Barbara Plett Uşer hazırda İranın nüvə fəaliyyətinin ən azı 10 il məhdudlaşdırılmasının müzakirə olunduğunu bildirib. ABŞ, İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin İranın ən həssas nüvə fəaliyyətinin ən azı 10 il təxirə salınmasını istəyir. Danışıqlarda İranı təmsil edən Hamid Baydinejad 15 illik müddətin müzakirə edilmədiyini, ancaq 10 ilin müzakirə mövzusu olduğunu söyləyib.

Bundan başqa, ABŞ sentrifuqaların sayının 6 minə qədər azaldılmasını istəyir. İran isə 6500-7000-də israr edir.

Almaniyanın Xarici İşlər naziri Frank Valter Ştaynmeyer danışıqların atmosferini müsbət qiymətləndirib, lakin razılığın əldə edilməsi yolunda maneələrin ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm