Nida.az
BAXCP Xilaskar Türk Əsgərlərinin Anım Gününü qeyd edəcək
Martın 30-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi
vəziyyət və cari müzakirə olunub.
BAXCP İdarə Heyəti ictimai-siyasi vəziyyətin müzakirəsi zamanı
aprelin 24-də, saat 11:00-da Bakının və Azərbaycanın digər
ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı
həlak olan türk əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni
ziyarət - Xilaskar Türk Əsgərlərinin Anım Gününü qeyd etmək barədə
qərar qəbul edib.
İclasda qeyd olunub ki, əgər beynəlxalq birlik tarixə erməni
yalanlarının deyil, ədalətin gözüylə baxarsa, o zaman 24 aprelin
“erməni soyqırımı” günü yox, Anadoluda və Qafqazda yaşayan
xalqların xilası günü olduğunu görə bilər.
BAXCP İdarə Heyəti bu il həm də Çanaqqala zəfərinin 100 illiyi
olduğu üçün siyasi təşkilatları, ictimaiyyət nümayəndələrini bu
tədbirə qatılmağa dəvət edib.
Qeyd edək ki, 2007-ci ildən etibarən BAXCP hər il aprelin 24-nü
Xilaskar Türk Əsgərlərinin Anım Günü kimi qeyd edir.
Asif
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO