Havanı təmizləyən 3 bitki
Bizi izləyin

Maraq dünyası

Havanı təmizləyən 3 bitki

Uzun müddət otaq şəraitində olmaq insanı xəstə edə bilər. Xüsusilə də qış aylarında insanlar günün böyük qismini qapalı məkanlarda keçirirlər. Yaz aylarında isə kondisionerdən istifadə otağın havasını korlayır. Ona görə də həm ofislərdə, həm də evdə bitkilər saxlamaq vacibdir. Ev bitkiləri dekorasiyaya gözəllik bəxş etməklə yanaşı, həm də insanın sağlamlığına yaxşı təsir edir. Ancaq ev şəraitində saxlamaq üçün bitki seçərkən onun havanı təmizləmək xüsusiyyəti daşımasına diqqət etmək lazımdır.

Publika.az havanı təmizləyən 3 bitkini təqdim edir:

1. Aloe

Aloe uzun illərdən bəri xalq təbabətində müxtəlif məqsədlər üçün istifadə edilib. Aloe bitkisi havanı təmizləyir. Otağın böyüklüyünü nəzərə alaraq bir neçə aloe dibçəyindən istifadə edə bilərsiniz. Bu bitkiyə qulluq da çox zəhmət tələb etmir. Çünki suyu sevmir, həftədə bir dəfə sulamaq kifayət edəcək.

2. Sarmaşıq

Sarmaşığı adətən divarların üzərində görməyə öyrəşmişik. Ancaq bu bitkini qapalı məkanlarda da saxlamaq olar. Həmişəyaşıl bitki olan sarmaşıq otağınızın havasını təmizləyərək, ağciyərlərinizin daha sağlam olmasını təmin edəcək. Xüsusilə ofisdə sarmaşıq saxlamaq çox faydalıdır. Çünki onun təmin etdiyi təmiz hava bədənin daha çox oksigen qəbul etməsinə, həmçinin beyinə daha çox oksigen çatdırılmasına səbəb olacaq.

3. Kala

Bu bitki işıq və su tələb etmir. NASA tərəfindən aparılan araşdırma sübut edib ki, bu bitki mühitdəki formaldehit və ammonyak elementlərini təmizləyir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm