Nida.az
ADR-dən Müsavata sərt cavab: “Qoy mandat məsələsi ilə...”
“ADR-in hədəfləri böyükdür. Biz xırda mandat qovğaları ilə məşğul olmuruq”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan
Demokratiya və Rifah (ADR) hərəkatının idarə Heyətinin üzvü Hüseyn
Məlik Müsavat Partiyası başqanının qardaşı, Məclis üzvü Mustafa
Hacıbəylinin ittihamlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ADR-də təmsil olunanlar xırda ideyalarla
yaşamır: “Xırda ideyalarla xırda adamlar məşğul olur. Mən Mustafa
bəyə cavab vermək istəmirdim, amma bu da mənim cavabım olsun. ADR
təmsilçilərinə də bu cür xırda məsələlərə baş qoşmağı məsləhət
görmürəm. Qoy, mandat məsələsi ilə onun arzusunda olanlar məşğul
olsun. ADR-in hədəfi Azərbaycandır və buna çatmaq üçün səylə
çalışırıq”.
H. Məlik deputatlığa namizədlik məsələsinin hələlik ADR-in İdarə
Heyətində müzakirə edilmədiyini bildirib.
Qeyd edək ki, M. Hacıbəyli ADR rəhbərliyini parlament seçkilərində
alternativ siyahı hazırlamaqda ittiham edib: “Onlar alternativ
siyahı hazırlayıblar və cəmiyyətdə belə bir rəy yaratmaq istəyirlər
ki, guya Müsavatın parlament seçkilərində iki siyahısı var. Yəni
çalışırlar ki, Müsavatın bir dairədən iki namizədinin olduğunu
nümayiş etdirsinlər. Biz Müsavat Partiyası olaraq buna imkan
verməyəcəyik”.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!