Bol kəsimli qısa cins şalvarlar dəbə mindi - FOTOLAR
Bizi izləyin

Dəb

Bol kəsimli qısa cins şalvarlar dəbə mindi - FOTOLAR

2015-ci ilin bahar fəslində cins şalvarlar yenə dəbin zirvəsində olacaq. Ancaq cins deyəndə ağlınıza adət etdiyimiz dar, bədənə yapışan şalvarlar gəlməsin. Çünki yeni mövsümdə bol kəsimli qısa şalvarlar trend hesab ediləcək. Artıq moda bloqqerləri bu yeni şalvar modeli ilə pozalar verməyə başlayıblar. Bu geyimə şalvar-ətək də deyilir. Həqiqətən də, çox diqqətli baxmadıqca bu cinslərin şalvar, ya ətək olduğunu anlamaq çətindir.

Dəb mütəxəssislərinə görə, bu tip şalvarlar 2016-cı ildə də dəbdə olacaq. Ona görə də indidən qarderobunuza bu dəbli şalvarları daxil etməyə tələsin.

Onu da əlavə edək ki, cins ətək-şalvarlarda iki rəngli çeşidlər də diqqət çəkir. Xüsusilə də balağında tünd rəngli detallar olan cins şalvarlar sizin modanı yaxından təqib etdiyinizin bariz nümunəsi ola bilər.

Publika.az-ın təqdim etdiyi cins-ətək şalvarlara nəzər salaraq özünüzə uyğun modeli seçə bilərsiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm