Yorğunluğu aradan qaldıran 6 yoqa hərəkəti - FOTOLAR
Bizi izləyin

Sağlamlıq

Yorğunluğu aradan qaldıran 6 yoqa hərəkəti - FOTOLAR

Gündəlik qayğılar, problemlər daim stress altında olan müasir insana onun özü və ətrafı ilə harmoniya içində yaşamağa imkan vermir. Meditasiya və yoqa bu baxımdan çox faydalıdır. Yoqa həm mənəvi, həm də fiziki cəhətdən insanın yorğunluğunu aradan qaldırır. Gərginlik və stressdən azad edir. Elmi araşdırmalar yoqanın insan üçün bir çox faydalarını üzə çıxarıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kanzas Universitetində yoqa ilə bağlı maraqlı araşdırma aparılıb. Araşdırmaya qatılan 49 xəstənin qan təzyiqi, ürək ritmləri və ruhi vəziyyəti 3 ay müddətində müşahidə edilib.

Yoqaya başlayanlar depressiyaya düşmür, ürək ritmi sabitləşir. Araşdırmanın rəhbəri Danunjaya Lakkired söyləyib ki, mütəmadi edilən yoqa məşqlərinin müalicəvi əhəmiyyəti çox böyükdür. Çünki yoqa bədəndəki xoşbəxtlik hormonu sayılan serotonini aktivləşdirir. Bu baxımdan psixoloji problemləri olanlara və depressiyadan çıxmağa müsbət təsir göstərir. Stress hormonlarını aşağı salaraq stressdən uzaqlaşdırır. Daim xoş əhvalda olmağa kömək edir, sakit və rahat həyat bəxş edir.

Yəni, yoqa sağlamlığı qorumağa birbaşa təsir edir. Həmçinin, özünə inamın artmasını təmin edir və psixoloji durumu rahatlaşdırır. Bunların nəticəsində daxili enerji artır.

Eyni zamanda, qan dövranını sürətləndirir və beləcə dərini gözəlləşdirir.

Yoqa məşqləri nəticəsində bədən daha qamətli olur və sağlam duruşunu qoruyur. Qidalanma və yuxu vərdişini də balanslaşdırır. Yoqa insanı gecələr narahat edən nifrət, qəzəb, qısqanclıq və.s kimi neqativ və zərərli hisslərdən azad etməkdə də böyük təsirə malikdir. Məsələn, gecə yatmazdan əvvəl fotolardakı hər bir hərəkəti iki dəqiqə etmək keyfiyyətli yuxuya zəmanətdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm