Qırmızı.az
Azərbaycanda bəzi valideynlər azadlıqdan məhrum edilə bilər - TƏKLİF
Azərbaycanda övladlarına lazımi diqqət göstərməyən və öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilməyən valideynlərin azadlıqdan məhrum edilməsi təklif edilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Trend-ə bildirib ki, artıq komitə tərəfindən valideyn məsuliyyətinin artırılması və uşaqlardan sui-istifadə hallarının qarşısının alınması üçün verilən cəzaların sərtləşdirilməsi barədə təkliflər paketi hazırlanaraq rəy alınması üçün müvafiq qurumlara təqdim edilib. Təkliflər toplandıqdan sonra paket Nazirlər Kabinetinə təqdim ediləcək.
Valideyn məsuliyyətinin artırılmasının bu günün aktual
məsələlərindən biri sayan E.Səfərov bildirib ki, hazırda İnzibatı
Xətalar Məcəlləsində valideyn məsuliyyətini tənzimləyən yalnız bir
cəza növü var. Bu cəza da valideynin 20 manatdan 40 manatadək
cərimələnməsidir. Komitə valideyn məsuliyyətinin artırılması üçün
həmin məbləğin artırılmasını təklif etməklə yanaşı, bir çox
sahələrdə də valideynlər üçün xüsusi məsuliyyət növlərinin
müəyyənləşdirilməsini vacib sayır. Uşaqlarını dilənçiliyə, küçə
işlərinə cəlb edən, onları təhsildən yayındıran valideynlər, eyni
zamanda, uşağı ətraf mühitə, hər hansı əmlaka zərər vuran, yol
hərəkəti qaydalarının pozulması hallarına görə günahkar olan və s.
valideynlər üçün ayrı-ayrılıqda məsuliyyət növləri
müəyyənləşdirilməlidir:
“Əmlaka zərərvermə və digər hallarla bağlı ümumi normalar var. Amma valideynlər uşaqları lazımi qədər tərbiyə etməyəndə və ona öz qayğısını göstərməyəndə bu, həmin məsələlərə görə həm Cinayət Məcəlləsində, həm də İnzibatı Xətalar Məcəlləsində xüsusi ağırlaşdırıcı hal kimi müəyyənləşdirilməlidir. Bundan başqa, belə hallar da olub ki, 5-8 yaşlı uşaq təkbaşına yol keçəndə müxtəlif yol-nəqliyyat hadisələri baş verir. Bu məsələdə artıq uşaq deyil, valideyn təqsirlidir. Çünki valideyn ona birbaşa nəzarət etməli və öz vəzifələrini həyata keçirməlidir. Buna görə də belə valideynlər üçün ayrıca məsuliyyət növləri müəyyənləşdirilməlidir”.
E.Səfərovun sözlərinə görə, komitə valideynlərin bəzi hallarda müvəqqəti olaraq, azadlıqdan məhrum edilmə cəzasına layiq görülməsini də təklif edir.
Komitə rəsmisinin sözlərinə görə, uşaq təhsildən yayındıqda yalnız məktəb direktoru məsuliyyətə cəlb edilməli deyil. Eyni zamanda, belə uşaqların valideynləri də məsuliyyətə cəlb edilməlidirlər: “Bu cəza isə yalnız maddi cərimə olmalı deyil. Ehtiyac olarsa, valideyn müvəqqəti olaraq, bir necə sutkalıq azadlıqdan məhrum da edilsin”.
E.Səfərov bildirib ki, Avropa İttifaqının qaydalarına görə,
avtomobilində uşaq sərnişin daşıyan və maşının arxa hissəsində
uşağa görə xüsusi nəqliyyat vasitələri yerləşdirməyən valideynlər
cərimələnirlər. Komitə həmin qaydaların da Azərbaycanda tətbiqini
təklif edir.
E.Səfərov qeyd edib ki, Azərbaycanda valideyn hüquqlarının
məhdudlaşdırılması və valideyn hüququndan məhrum etmə ilə bağlı
prosedurun təkmilləşdirilməsi təklif olunur. Onun sözlərinə görə,
bu gün yerli icra hakimiyyəti orqanları və yerli polis şöbələrinin
fəaliyyətində islahatlar aparılmalıdır.
-
Magazin112:31
Hüseyn Həsənov Rəşad Dağlının oğluna görün nə hədiyyə etdi - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın