Salyanlıların ərəb şahzadələri ilə 10 manatlıq göyərçin “biznesi” – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Salyanlıların ərəb şahzadələri ilə 10 manatlıq göyərçin “biznesi” – FOTOLAR

Xəbər verdiyimiz kimi, 18 milyard dollar sərvəti olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid və Qətərin keçmiş əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları da daxil olmaqla ümumilikdə 15-ə yaxın ərəb milyonçusu ov etmək üçün Azərbaycanın Aran zonasına (Salyan, Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Kürdəmir) gəlib.

Publika.az-ın məlumatına görə, ərəb milyonçularının Azərbaycan səfəri martın 23-də başlayıb. Qonaqlar Azərbaycana gələrkən özləri ilə dəbdəbəli “Offroad 4x4” tipli avtomobillərini və bahalı şahin quşlarını da gətiriblər. Onların Azərbaycan səfərinin böyük hissəsi Aran zonasında quş və dovşan ovunda keçir.

Birləşmiş Ərəb Əmirliyindən təşrif buyuran qonaqlar özləri ilə bərabər gətirdikləri bahalı şahin quşlarını yemləmək üçün göyərçin ətindən istifadə edirlər. Bunun üçün onlar Salyan və Aran zonasının digər rayonlarının sakinlərindən göyərçin alırlar. Ərəblərin hər çöl göyərçini üçün 10 manat pul ödədikləri deyilir. Bu məlumatı Publika.az-a Salyan sakinləri də təsdiqləyib.

Qonaqlar səfər etdikləri ərazilərdən fotoları da sosial şəbəkələrdə paylaşıblar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm