İqtisadi gündəm
Müdafiə Nazirliyi: Ermənilərin itkisi qat-qat çoxdur
Son iki gündə cəbhədə gedən döyüşlər zamanı erməni tərəfi erməni mediasında yayılan rəqəmlərdən qat-qat çox itki verib.
Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi martın 29-30-da ermənilərlə cəbhədə döyüşlərin olduğunu təsdiq edir. Lakin erməni tərəfinin itkiləri heç də erməni mediasında bildirildiyi kimi, 7 nəfər yox, daha çoxdur: “Sadəcə, hələ onların qeyri-rəsmi formada açıqladıqları budur. Yəqin ki, ermənilər hələ öz itkilərini dəqiqləşdirməklə məşğuldurlar. Konkret olaraq dünən axşam gedən döyüşlərdə erməni tərəfinin çoxlu itkiləri olub və bu itkilər göstərilən rəqəmlərdən qat-qat artıqdır. Yəqin ki, onlar itkilərini yavaş-yavaş, tədricən ortaya çıxaracaqlar. Erməni ordusunda vərəmin və digər xəstəliklərin yayılmasına gəlincə, biz dəfələrlə demişik ki, erməni tərəfi həm döyüşlərdəki, həm də xəstəliklər nəticəsində olan itkilərini gizlədir. Bu barədə yayılan məlumatlar isə həqiqətdir”.
V.Dərgahlının sözlərinə görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi
xalqına yalan danışmaqla məşğuldur. Əslində, erməni ordusunda
intizamsızlıq baş alıb gedir: “Martın 22-də biz tərəfə keçən erməni
hərbçisi Andranik Qriqoryan da məhz bu səbəblərdən döyüş mövqeyini
atıb qaçmışdı. Onun səngər yoldaşları öz həmkəndliləri olduğu üçün
ona atəş açmamışdılar. Ermənistanın müdafiə naziri həmin əsgərin
valideynlərini günahkar çıxarır. Valideynlər isə bildiriblər ki,
hərbi hissələrdə baş verən intizamsızlıq nizamnamədənkənar
münasibətlərdir, özbaşınalıqlardır”.
Qeyd edək ki, Ermənistan saytları xəbər verir ki, ermənilər son iki
gündə cəbhə xəttində 7 hərbçisini itiriblər. Bundan əlavə, orduda
hərbçiləri arasında ağır nəticələri olan vərəm xəstəliyinin
yayıldığı, dərmanların çatışmazlığı ucbatından yaralılar və vərəm
xəstələri üçün Qarakəndə dislokasiya olunmuş 3-cü polkun 4-cü
batalyonunda səhra hospitalı yaradıldığı bildirilir.
Martın 22-də günorta saatlarında isə ilkin məlunata görə, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan silahlı qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."