Müğənni Kərim pulsuzluqdan dilə gəldi
Bizi izləyin

Tabloid.az

Müğənni Kərim pulsuzluqdan dilə gəldi

Müğənni Kərim Abbasov şou-biznesdə qarşılaşdığı çətinliklərdən söhbət açıb. Publika.az xəbər verir ki, kişilərin karyera pilləsində ləng yüksəldiyini deyən müğənni, ATV telekanalına açıqlamasında yollarını bağlayanlardan da danışıb.

“Kişilər üçün hərəkət etmək çətindir. Hər şey bizim üzərimizdədir. Ailə saxlamaq, ataya-anaya baxmaq. Bu səbəbdən maddi imkanlarda çətinlik yaranır. Toy olmasa, heç bir müğənni iş görə bilməz. Buna adım kimi əminəm. Yalnız sponsoru olan toya getmədən iş görə bilər. Camaat dükan açır, şirkət açır. Mənim isə səsim var. Faizə pul götürmüşəm ki, mahnılarımı yaza bilim, kliplərimi çəkdirim. Birdə görürsən, pul lazımdır. Dostlarıma zəng edirəm. Sonra da ay ərzində qazanıb borcu qaytarmaq lazım gəlir. Elə bir dərəcəyə çatıram ki, bezirəm. Çərləyirəm. Hara gedirəm qapılarımı bağlayırlar. İstəyirəm çemodanımı yığıb gedim xaricə. Ofisiant işləyim, təkər qaraldım. Orada onsuz da məni tanıyan yoxdur. Bir də görürsən ki, Allah qapıları açır”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm