Qırmızı.az
Sabah qaz olmayacaq rayonların SİYAHISI
Sabah Azərbaycanın bəzi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Publika.az SOCAR -ın mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 31 -də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zirə-3'', Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Rəncbər”, “Qobustan” və “Talıstan”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Lək”, “Zərdab”, “Zaqatala”, “Balakən”, “Əliabad”, “Katex” və “Makov”, Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Cəlilabad”, “Göytəpə”, “Günəşli”, “Ovçubərə”, “Biləsuvar”, “Şorsulu” və “Bəydilli”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Yaşma”, “Giləzi”, “Alabaşlı” və “Qarayeri” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Hacıqabul rayonunun Rəncbər, Navahi, Pirsaat, Qubalı, Şıxlar, Qaradağ rayonunun Qobustan, İsmayıllı rayonunun Talıstan, Xızı rayonunun Şurabad, Giləzi, Yeni Yaşma və Sitalçay, Siyəzən rayonunun Qara Siyəzən, Zarat, Candamarı və Beşdam kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Zərdab, Zaqatala, Balakən, Lənkəran, Astara, Masallı, Yardımlı və Lerik rayonlarının, o cümlədən, Bakı şəhəri Xəzər rayonunun Zirə kəndinin, həmçinin İsmayıllı şəhərinin bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Gülnar
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi