Çexiya prezidenti 9 mayda Moskvaya gələcək
Bizi izləyin

Dünya

Çexiya prezidenti 9 mayda Moskvaya gələcək

Faşist Almaniyası üzərində qələbənin 70 illiyi münasibəti ilə Moskvada keçiriləcək mərasimdə Çexiya prezidenti Milos Zeman da iştirak edəcək.

Publika.az-ın məlumatına görə, bunu martın 29-da yerli radioya Zemanın özü deyib. O qeyd edib ki, Sovet İttifaqı olmadan Hitleri məğlub etmək qeyri-mümkün idi.

Zeman deyib ki, o tədbirdə Şimali Koreya prezidenti Kim Cong Una əl uzatmayacaq.

Mayın 9-da Kremldəki Qızıl Meydanda prezident Vladimir Putinin rəhbərliyi ilə hərbi parad keçiriləcək.

Mayın 9-u Rusiyada qələbə günü kimi qeyd olunur. Moskvanın bu yaxınlarda Krımı zəbt etməsi və Ukraynanın şərqindəki müharibəyə görə, bu il bir çox Avropa lideri bu tədbirə qatılmaqdan imtina edib.

Bu tədbirə qatılanlar arasında Çin, Şimali Koreya və Monqolustan prezidentləri də olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm