Nikita Mixalkov Bakıya gəlir
Bizi izləyin

Tabloid.az

Nikita Mixalkov Bakıya gəlir

Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mikhalkov bu gün Bakıya gələcək.

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, qısamüddətli səfər zamanı Rusiya kinosunun ən böyük simalarından olan Nikita Mikhalkov azərbaycanlı həmkarları ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparacaq, paytaxt Bakı ilə tanış olacaq.

Səfər çərçivəsində Nikita Mikhalkovun gənc kinematoqrafçılar üçün ustad dərsi təşkil olunacaq.

Nikita Mikhalkov dünyanın ən nüfuzlu kino festivallarının (Kann, Venesiya və s.) qalibi, "Oskar" mükafatı laureat ıdır.

Ünlü rejissor "Beş gecə", "Piano üçün yarımçıq qalmış pyes" "Oblomovun həyatından bir neçə gün", "Şahidlərsiz", "Qara gözlər", "Urqa", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "12", "Günvurma" və s. filmlərin müəllifidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm