İspaniyadan yüzlərlə rusiyalıya ağır zərbə
Bizi izləyin

Dünya

İspaniyadan yüzlərlə rusiyalıya ağır zərbə

İspaniya hakimiyyəti bu ölkədə yaşayan yüzlərlə rusiyalının bank hesablarını dondurub.

Publika.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bu barədə valensiyalı vəkil Qregorio Fuentesa bildirib.

Onun sözlərinə görə, rəsmi Madrid bu qərarı rusiyalıların kapitalların mənşəyini izah etməməsi ilə izah edib. Fuentesa qeyd edib ki, kapitalların mənşəyi ilə bağlı xaricilərin hesabat verməsini nəzərdə tutan qanun 2010-cu ildə qəbul edilib. Qanun 2-3 ay ərzində müvafiq müraciətlərə cavab verməyən şəxslərin cəzalandırılmasını nəzərdə tutur. Vəkil həmçinin bildirib ki, tələblər yalnız böyük məbləğdə əmlaka malik olan şəxslərə aiddir.

Nəşr qeyd edir ki, bəzi rusiyalılar ölkəsindən lazımı sənədlər tələb etməyə qorxurlar. “Deutsche Welle” nəşrinin yazdığına görə, hesabları dondurulan rusiyalıların əksəriyyəti ispan hakimiyyətinin qərarına etiraz etməyə cəhd etmirlər.

Bu ilin əvvəlində Londonda yaşayan Rusiya biznesmeni Yevgeni Çiçvarkin bildirib ki, Böyük Britaniya Rusiya mənşəyi olan kapitalların yoxlanılmasına başlamaq istəyir. Rusiya prezidenti Vladimir Putin isə qeyd edib ki, bu cür hərəkətlər Rusiyadan çıxarılan kapitalın amnistiyası ilə bağlı Moskvanın planlarına maneə olmaq məqsədi daşıyır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm