"Qarabağ" iki futbolçu ilə müqavilə imzalayacaq
Bizi izləyin

İdman

"Qarabağ" iki futbolçu ilə müqavilə imzalayacaq

"Qarabağ” futbol klubu müdafiəçi Maksim Medvedev və yarımmüdafiəçi Vüqar Nadirovla yeni müqavilə imzalamağa hazırlaşır.

Publika.az-ın məlumatına görə, hazırda "Qarabağ”da müqavilə müddəti mövsümün sonuna qədər olan cəmi 2 futbolçu var ki, onlar da Maksimlə Vüqardı. Lakin mövsüm başa çatmadan hər 2 oyunçu ilə yeni müqavilənin bağlanması gözlənilir. Artıq rəhbərlik milli üzvləri ilə görüşüb və razılıqlarını da alıb. Çox güman ki, Nadirov 2, Medvedev isə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, 28 yaşlı Vüqar Nadirov 2009-cu ildən, 26 yaşlı Maksim Medvedev isə 2006-cı ildən "Qarabağ”ın formasını geyinir. Hər 2 oyunçu elə Ağdam klubunun yetirməsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm