Dünya
İngiltərədə İŞİD edamlarını əks etdirən sərgi açılıb
İngiltərənin Qloster şəhərində İslam Dövləti silahlılarının “başkəsmə” fotolarından ibarət ekspozisiya açılıb.
Publika.az-ın məlumatına görə, keçmiş Litltledan həbsxnasının binasında yerləşən “Bütün Zamanların Cinayətləri” muzeyində (Crime Through Time Museum) nümayiş etdirilən ekspozisiya ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Lakin sərginin təşkilatçıları bildiriblər ki, onlar yalnız internetdə olan materiallardan istifadə ediblər.
Muzeyin sahibi Andy Jones həmçinin deyib ki, muzey çox qadağanlı və çox ağrılı materialı nümayiş etdirməklə başqa heç bir turist şirkətinin etməyəcəyi işi görür. O etiraf edib kİ, bu, çox ziddiyyətli bir sərgidir və uşaqların bura gətirilməsi tövsiyə edilmir.
Muzey sahibinin sözlərinə görə, ictimaiyyət əksinə, öz qəzəbini belə fotoların internetdə olmasına yol verən hökumətlərə yönəltməlidir.
Qlosterşir əyalətinin polis idarəsi sərgi ilə bağlı heç bir yazılı şikayət almadığını bildirib.
Xəbər verilir ki, bu muzeydə həmçinin nasistlərə və Ku Klux Klana aid əşyalar da nümayiş etdirilir.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ