Yəmən böhranı neftin qiymətinə təsir edəcək
Bizi izləyin

Dünya

Yəmən böhranı neftin qiymətinə təsir edəcək

“Yəməndəki situasiyanın pisləşməsi Fars körfəzi regionundan neft ixracını azalda bilər”.

Axar.az xəbər verir ki, bu sözləri “Frans Press” agentliyinə müsahibəsində CMC Markets şirkətinin analitiki Nikolas Teo söyləyib.

Onun sözlərinə görə, hazırda dünya bazarlarında neftin qiyməti ucuzlaşır. Analitikin fikrincə, əgər bölgədəki situasiya dəyişməsə, qiymətlərin inkişaf dinamikası öz istiqamətini dəyişəcək.

Qeyd edək ki, hazırda dünya bazarında Brent markalı neft 55,99 dollara satılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm