Oktay Mir-Qasım “Ağır illər...Xoş xatirələr”ini üzə çıxarır
Bizi izləyin

Tabloid.az

Oktay Mir-Qasım “Ağır illər...Xoş xatirələr”ini üzə çıxarır

Xalq artisti Oktay Mir-Qasım yeni filminin premyerasına hazırlaşır.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə “Stüdyo-19” şirkətinin istehsal etdikləri “Ağır illər...Xoş xatirələr” sənədli filmi aprelin 3-də təqdim olunacaq.

Kinostudiyadan Publika.az-a verilən məlumata görə, film Sovet hakimiyyətinin repressiya illərində azərbaycanlıların Qazaxıstan çöllərinə sürgün olunmasından, onların burada bütün çətinliklərə tab gətirərək, qazax xalqı ilə qaynayıb-qarışıb həyatlarını davam etdirməsindən bəhs edir.

Filmin ssenari müəllifi və rejissoru xalq artisti Oktay Mir-Qasımdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm