Ermənilər yiyəsiz qaldı
Bizi izləyin

İdman

Ermənilər yiyəsiz qaldı

AÇ-2016-nın seçmə mərhələsində "Qarabağ"ın üzvü Ansi Aqollinin formasını geyindiyi Albaniyaya 1:2 hesabıyla məğlub olan Ermənistanın baş məşqçisi Bernard Şalland istefa verib.

Publika.az xəbər verir ki, isveçrəli məşqçinin istefası Ermənistan Futbol Federasiyası tərəfindən qəbul edilib.

Mütəxəssis özü istefası barədə belə danışıb:

"Bura bir il öncə gələndə millini Avropa çempionatının final mərhələsinə vəsiqə qazandırmağı qarşıya məqsəd qoymuşdum. Ancaq geridə qalan 4 turda cəmi 1 xal qazanmışıq. Bu da bizim əsas məqsədimizdən uzaq düşdüyümüzü göstərir. Artıq bu nəticələr getməyin vaxtının çatdığını göstərirdi. Ümumilikdə bu cür nəticəyə bir çox amil təsir göstərdi. Məsələn, Serbiya ilə ev oyununda Pizellinin yararlana bilmədiyi penalti, Albaniya ilə oyunda azlıqda qalmağımız, son oyunlarda aparıcı futbolçuların xidmətindən məhrum olmağımız bizi final mərhələsindən uzaq saldı".

Beş komandalı qrupda mübarizə aparan Ermənistan yığması 4 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm