Qırmızı.az
Aprel ayına olan hava PROQNOZU
Azərbaycanda aprel ayına olan hava proqnozu açıqlanıb.
Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumatına görə, aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı
ehtimalı var.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 12-14° isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir.
Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 12-17° isti, bəzi
günlərdə 20-25° isti gözlənilir. Yağıntı aylıq yağıntının
miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı
gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16° isti
olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər
yüksəkdir.
Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər 13-18° isti, bəzi
günlərdə 22-27° isti gözlənilir. Yağıntı aylıq yağıntının
miqdarının iqlim normasına yaxın (norma 34-59 mm) olacağı
gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xoçalı həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında orta
aylıq temperaturun 7-10° isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxındır. Gecələr 2-7° isti, bəzi günlərdə 0-3° şaxta
təşkil edəcək. Gündüzlər 11-16° isti, bəzi günlərdə 22°-dək
yüksələcək. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına
yaxın (norma 54-83 mm) olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında orta aylıq temperaturun 12-15° isti olacağı gözlənilir
ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr
7-12° isti təşkil edəcək. Gündüzlər 13-18° isti, bəzi günlərdə
21-26° isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim
normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
orta aylıq temperaturun 11-14° isti olacağı gözlənilir ki, bu da
iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 6-11° isti,
bəzi günlərdə 0-5° şaxta təşkil edəcək.
Gündüzlər 11-16° isti, bəzi günlərdə 19-24° isti gözlənilir.
Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma
29-126 mm) olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun
13-16° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir. Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər
13-17° isti, bəzi günlərdə 22-27° isti gözlənilir. Yağıntı aylıq
yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-49 mm)
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq
temperaturun 13-15° isti olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın
və bir qədər yüksəkdir. Gecələr 7-12° isti təşkil edəcək. Gündüzlər
13-18° isti, bəzi günlərdə 21-26° isti gözlənilir. Yağıntı aylıq
yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm)
olacağı gözlənilir.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO