"Nadinc uşaq olduğuma görə valideynlərim məni..."
Bizi izləyin

İdman

"Nadinc uşaq olduğuma görə valideynlərim məni..."

İlk Avropa Oyunlarının startı yaxınlaşdıqca Azərbaycana diqqət daha da artır. Dünya idman tarixində ilk dəfə bu yarışın keçirilməsi şərəfi məhz Bakıya nəsib olub. Bu isə o deməkdir ki, Azərbaycan idmançıları xüsusi misilsiz hissləri ilə çıxış edəcəklər.

Yarışlarda 20 idman növü ilə bərabər (o cümlədən qeyri-olimpiya idman növləri) gimnastikanın altı növü də təqdim olunacaq. Bunlar - batut və bədii gimnastika, akrobatika və aerobika gimnastikası, həmçinin qadın və kişi idman gimnastikasıdır.

Batut gimnastikası üzrə yarışlarda ölkəmizi 4 gimnast təmsil edəcək - oyunların formatına əsasən, onlar həm fərdi, həm də sinxron hərəkətlər ilə çıxış edəcək.

Publika.az Oyunların mümkün iştirakçılarından biri, 2014-cü ilin Dünya Kubokunda sinxron hərəkətlər üzrə bürünc medal qazanan Oleq Piunovun federasiyanın rəsmi saytına verdiyi müsahibəni təqdim edir.

- Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?

- 2000-ci ildə, evimizin yaxınlığında batut gimnastikası üzrə bölmə açılmışdı. Nadinc uşaq olduğuma görə, valideynlərim məni məşqlərə aparmaq qərarına gəldilər. Həmin vaxt yeddi yaşım var idi.

- Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?

- Düşünürəm ki, hə. Uşaqlıqdan futbolu və stolüstü tennisi sevirəm. Yadımdadır, eyni zamanda futbol və batut gimnastikası ilə məşğul olurdum.

- Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?

- Bu axı mənim sirrimdir (gülür).

- Fikrincə, hər hansı idman növündə vacib olan nədir?

- Peşəkar idmanda "bu vacibdir", "bu isə önəmli deyil" anlayışları yoxdur. Burada hər şey vacibdir. Hər bir şeyə fikir vermək lazımdır, başqa cür alınmır.

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu, idman növündən asılıdır?

- Hər bir idman növü təhlükəlidir, çox diqqətli olmaq lazımdır. Səhv təkan və ya yerə enmə idmançının səhhətinə təsir göstərə bilər.

- İdmanda idealın varmı?

- Bəli, var. Bunlar Aleksandr Moskalenko və İrina Karayevadır (batut gimnastikası üzrə ilk Olimpiya çempionları).

- Yaxın gələcək üçün idman planlarından danış bir az.

- Gələcək planlarım Avropa Oyunlarıyla bağlıdır. Bayrağımızı qaldırmaq, fəxri kürsüyə qalxmaq və ölkəmizin himnini eşitmək arzusundayam. Öz növbəmdə, bu planımı reallaşdırmaq üçün hər şey edəcəyəm.

- Avropa Oyunları sənin üçün nə deməkdir və necə hazırlaşırsan?

- Bir daha qeyd edim ki, Avropa Oyunları mənim üçün birinci dərəcəlidir, üstəlik, yarış vətənimizdə keçiriləcək.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?

- Hər bir insanda olduğu kimi, mənim də arzularım var. Böyük, mehriban ailə sahibi olmaq arzusundayam. Hər axşam, iş günündən vaxtı sonra sakit və gözəl yerdə yerləşən rahat evdə yoldaşım və uşaqlarımla keçirtmək istərdim. Xoşbəxtlik üçün daha nə lazımdır ki?

- İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?

- Təəssüflər olsun ki, bu həmişə alınmır.

- Öz ailən haqda danış bir az.

- Dəlicəsinə valideynlərimi sevirəm. Və hər şeyə görə onlara minnətdaram.

- Sevdiyin şəxs varmı?

- Bəli, var.

- Adətən, azarkeşlər tribunalardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?

- Dəstək mənə çox kömək edir. Fürsətdən istifadə edərək, mənə inanan və dəstək olan hər kəsə çox sağ ol demək istəyirəm. Çalışacam onları məyus etməyim, axı onlar mənə görə narahat olurlar?!

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm