Həkimlərdən Rafiq Hüseynova qəti göstəriş
Bizi izləyin

Tabloid.az

Həkimlərdən Rafiq Hüseynova qəti göstəriş

Müayinə olunmaq üçün bayram günlərində Türkiyəyə yola düşən və Novruzu xəstəxanada qarşılamalı olan xalq artisti, tanınmış aparıcı Rafiq Hüseynovdan xəbər var. Türkiyəli həkimlər ona diqqətli olmağı və müalicəsinə fasilə verməməyi tapşırıblar.

Bu barədə Publika.az-a xalq artisti özü məlumat verib: “Bayram günlərində Türkiyədə, müalicə aldığım xəstəxanada həkim müayinəsindən keçdim. Həkimlər ciddi fəsad aşkarlamadılar, bununla belə, səhhətimə qarşı diqqətli olmağı və müayinələrə fasilə verməməyi tapşırdılar. Türk həkimləri bu məsələdə çox ciddidirlər. Onlar müalicə etdikləri xəstəni tam nəzarətə götürürlər. Baxmayaraq ki, Azərbaycanda yaşayıram, həkimim müalicə prosesini nəzarətdə saxlayır. İmmunitetimin zəifləməsinə yol verməməyi tapşırdılar. Nə bilim, görək, necə olacaq. Əsas odur ki, xəstəliyin gedişində fəsad, ağırlaşma yoxdur”.

Xalq artisti hər üç aydan bir müayinə olunmaq üçün Türkiyəyə gedəcəyini bildirib.

Xatırladaq ki, Rafiq Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm