Nida.az
“Mart soyqırımı ermənilərin qətliam siyasətinin davamı idi”
“1918-ci il 31 Mart soyqırımı erməni vəhşiliyinin əyani və bariz nümunəsidir. Bu soyqırımı hadisəsi ermənilərin Türk dünyasına qarşı apardıqları iyrənc və məkrli siyasəti açıq-aydın ortaya qoydu”.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan
Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev 31
Mart soyqırımının ildönümü ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, mart soyqırımı XIX əsrin sonlarında başlayaraq
ermənilərin Anadoluda, 1905-1906-ci illərdə Azərbaycanda,1915-ci
illərdə Türkiyədə törətdikləri siyasətin davamı idi: “1918-ci ilin
31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı
quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba,
Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və
digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin
azərbaycanlılara qarşı törətdikləri qırğınlar təəssüf ki, dünya
birliyi tərəfindən hələ də öz hüquqi qiymətini almayıb. Ermənilər
insanları amansızlıqla qətlə yetiriblər.
Rəsmi mənbələrə əsasən, soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib. On minlərlə insan itkin düşüb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Azərbaycan prezidenti, ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib”.
Asif
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?