Tabloid.az
Beyonsun əri yeni biznesə başladı
Bu gecə sosial şəbəkələri “Tidal” adı ağuşuna almağı bacardı. Dünyanın bir nömrəli ulduzları Madonna, Rihanna, Beyons, Niki Minaj, Cey Zi, Kanye Uest və digərləri bu haqda yazdı… Bəs “Tidal” nədir ? Hər kəsin diqqətini çəksə də, bu haqda məlumat verilmədi.
Məlum olub ki, Beyonsun həyat yoldaşı, reper və uğurlu prodüser Cey Zi yeni musiqi xidmətini işə salıb. Cey Zi piar işini gözəl bildiyindən, musiqi sənayesinin ən öndə gedən isimlərini bu layihəsinə cəlb edib.
Bir qədər “Tidal” haqda geniş məlumat verək. “Tidal” – musiqi xidməti olaraq mobil telefon və kompüter qurğularında fəaliyyət göstərəcək. Bura yalnız yüksək keyfiyyətli musiqilər və HD keyfiyyətli videolar yerləşdiriləcək. Xüsusi proqramı mobil qurğuda əldə etmək üçün hər bir abunəçi 9,99 dollar ödəməli olacaq. Cey Zi proqramı 56 milyon dollar Skandinaviya şirkətindən alıb. Xidmətə artıq 25 milyon musiqi və 75 min video yüklənilib. Proqramın rəqibləri olan “Spotify” və “Play Music”-dən fərqli olaraq “Tidal”da pulsuz abunə xidməti fəaliyyət göstərməyəcək. Necə deyərlər, Siz bizə pul, biz Sizə keyfiyyət veririk.
Amerikanın ən məşhur və ən çox albom satılan kantri ifaçı Teylor Svift artıq yeni işıq üzü görəcək albomunu ancaq “Tidal”dan əldə etmək mümkün olacağını bildirib. Bu isə proqramın kommersiya baxımından inkişafı üçün çox vacibdir.
İsa Şükürov
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı