İcra başçısının müavini sərxoş oğluna görə işdən qovuldu
Bizi izləyin

Qırmızı.az

İcra başçısının müavini sərxoş oğluna görə işdən qovuldu

Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Trend-ə Zərdab rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatı dəqiqləşdirmək üçün Zərdab rayon İcra Hakimiyyətinin əməkdaşı Pərvin Mahmudov və mətbuat xidmətinin rəhbəri Rahib müəllimlə əlaqə saxladıq. Hər iki şəxs Publika.az-a açıqlamalarında A.Səfərovun dünən işə çıxdığını bildirsələr də, bu gün işdə olmadığını təsdiq etdilər: “Dünən Allahverdi müəllim işdə idi. Bu gün 31 mart soyqırımı ilə bağlı İcra Hakimiyyətində tədbir keçirilib. Amma Allahverdi Səfərov həmin tədbirdə iştirak etməyib, onu işdə görməmişik”.

Qeyd edək ki, A.Səfərovun oğlu Ceyhun Səfərov bu il martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmə tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumatda bildirilirdi ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilmiişdi.

Martın 27-də C.Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm