Azərbaycanlı jurnalist külli miqdarda narkotiklə tutuldu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı jurnalist külli miqdarda narkotiklə tutuldu

"Detektiv press" qəzetinin şöbə müdiri Səbuhi Ağalarov Cəlilabad rayonunda narkotiklə tutulub.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliynin mətbuat xidmtindən məlumat verilib. Məlumata görə, martın 31-də saat 05 radələrində Cəlilabad şəhəri ərazisində Bakı şəhər sakini Səbuhi Ağalarovun idarə etdiyi "Mercedes" markalı avtomobil Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı ümumi çəkisi 4 kiloqram narkotik vasitə - 2 kiloqram 135 qram heroin, 805 qram marixuana və 1 kiloqram 30 qram tiryək aşkar edilərək götürülüb.

Faktla əlaqədar S.Ağalarov və onun sərnişini, Bakı şəhər sakini Xanış Qasımov saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm