Əsəd Putini pis vəziyyətdə qoydu
Bizi izləyin

Dünya

Əsəd Putini pis vəziyyətdə qoydu

Suriyada vətəndaş müharibəsi davam etdiyi bir vaxtda Rusiyanın Dəməşq ilə silah razılaşması imzaladığı ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsədin özü Rusiya mediasına verdiyi müsahibəsində bildirib.

“Suriyanın Rusiya ilə 2011-ci ildən əvvəl imzaladığı razılaşmaları olduğu kimi, böhrandan sonra imzalanan silah razılaşmaları da var və hazırda onlar icra edilir”, - Əsəd deyib.

Lakin Əsəd Rusiyadan hansı silahları aldığı barədə məlumat verməyib.

Qeyd edək ki, Moskva Dəməşq rejiminə silah çatdırdığını gizlətmir. Amma bildirilir ki, Rusiya vətəndaş müharibəsindən əvvəl imzalanan silah razılaşmalarının şərtlərini yerinə yetirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm