Sevinc Osmanqızıdan Tamerlan Qarayevə sərt ittiham: “Bir özü, bir də...”
Bizi izləyin

Qırmızı.az

Sevinc Osmanqızıdan Tamerlan Qarayevə sərt ittiham: “Bir özü, bir də...”

“Germanwings” təyyarəsinin qara qutusundan çıxan səs qeydinin xronikasını dəqiqəbədəqiqə oxuyuram və göyərtədə baş verənləri aydın təsəvvür edirəm.

Axar.az xəbər verir ki, bu sözləri ermənilərin 20 noyabr 1991-ci ildə vurduqları vertolyotda həyatını itirənlərdən biri – jurnalist Osman Mirzəyevin qızı Sevinc Osmanqızı Feysbuk sosial şəbəkəsindəki profilindən paylaşıb. S.Osmanqızı sözügedən vertolyotun qara qutusunun indiyə qədər gizli saxlanılmasına görə ittiham yağdırıb:

“Atamın həlak olduğu Mİ-8 vertolyotunun qara qutusu ilə bağlı Tamerlan Qarayevlə olan söhbəti xatırlayıram: “Axı qara qutu sizin nəyinizə gərəkdir? O, sizə hansı informasiyanı verəcəkdi ki? O, onsuz da texniki bir şeydir, ondan heç nə öyrənmək mümkün deyil”.

Mİ-8 vertolyotunun salamat qalan qara qutusunu Rusiyaya gedər-gəlməzə göndərən parlament istintaq komissiyasının rəhbəri indi getsin xronikanı oxusun. Nə məqsədlə göndərirdi - bir özü, bir də havadarları bilir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm