Qırmızı.az
Qubalı gənclər Soyqırım Kompleksinə yürüş edib
Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional Ofisi və Quba rayon Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı çərçivəsində gənclərin Quba Soyqırım Memorial Kompleksinə yürüşü təşkil olunub.
Publika.az-ın məlumatına görə, yürüşdən öncə gənclərlə keçirilmiş görüşdə ermənilərin ölkəmizdəki soyqırım siyasəti haqqında geniş söhbət aparılıb. 1918-20-ci illərdə ermənilərin törətdikləri soyqırımlar zamanı ümumilikdə 700 minə yaxın azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılıb.
Bildirilib ki, 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirən daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan fövqəladə təhqiqat komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. Azərbaycanda arxeoloji qazıntılar davam etdirilsə, Qubadakı məzarlıqlar kimi xeyli məzarlıq üzə çıxacaqdır. Çünki bu qətliamlar bütün Azərbaycan üzrə kütləvi xarakter almışdır.
Daha sonra yüzlərlə gəncin iştirakı ilə yürüş keçirilib, soyqırım qurbanları anılıb.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı