İmperatorları yoldan çıxaran cazibədar gözəllər - FOTOLAR
Bizi izləyin

Qadın

İmperatorları yoldan çıxaran cazibədar gözəllər - FOTOLAR

Ötən minilliklər ərzində sadəcə ağlı ilə deyil, həm də cazibədarlığı ilə tarixə düşən qadınlar olub. Qəribə odur ki, “Kişiləri başdan çıxaran, ehtiraslı və seksual qadın” adını qazanan həmin qadınlar arasında gözəl olmayanı da var.

Publika.az öz cazibədarlığı, ağlı və hiyləgərliyi ilə məşhurlaşan qadınların həyat hekayələrindən ən maraqlı məqamları təqdim edir:

Ərköyün və hiyləgər Kleopatra

Kleopatra gözəlliyi və kişiləri başdan çıxarma qabiliyyəti ilə tanınır. Mark Antoni və Yuli Sezar kimi dünyanın ən güclü imperatorlarını özünə valeh edib. Xüsusilə, Sezar ilə ilk görüşü indiyə kimi müzakirə olunur. Bu görüşdə maraq doğuran məqamlardan biri də Kleopatranın özünü bir xalçaya bürüyərək Yuli Sezarın xüsusi otağına daxil ola bilməsidi. Bu hərəkət həm ərköyünlük, həm də hiyləgərlik tələb edir.

Seks hərisi Yekaterina

II Yekaterina orta boylu və qaraşın idi. Yüksək intellekt sahibi olmaqla yanaşı azad seks tərəfdarı idi. Rusiya imperatriçası idarəetmədə təmsil olunan qadınlar arasında istisnasız ən məşhur olanıdır. Ancaq onun tarixdəki yerini sadəcə siyasi gedişləri deyil, həm də tükənməyən ehtirası müəyyənləşdirib. Belə ki, Böyük knyazla ər-arvad münasibətinin olmamasından istifadə edən Yekaterina gününü məşuq və sevgililəri ilə eşqbazlıqda keçirib. Deyilənlərə görə, o qədər şəhvətli qadın olub ki, atla birlikdə olmağa çalışarkən ölüb. Ancaq bu, Yekaterinanın tükənməyən ehtirasını ifadə etmək üçün əfsanədən başqa bir şey deyil. Tarixi həqiqətlər isə bundan ibarətdir ki, II Yekaterina özündən yaşca kiçik oğlanlarla sevişməyi xoşlayıb. Sevgililərini yalnız özü istədiyi müddətdə yanında saxlayıb. Onlardan bezəndə isə torpaq və titul verərək başından edib.

P. İ. Bartenyevə görə, II Yekaterinanın 23 məşuq və sevgilisi olub. Özü də çox qalmaqallı sevgi macəraları yaşayıb. Məsələn, Qriqori Orlov II Yekaterinanın sevgilisi ola-ola, demək olar ki, imperatriçanın sərəncamında olan bütün kəniz və xanımlarla cinsi münasibətdə olub. II Yekaterinanın digər məşuqu Lanskoy Aleksandr Dimiriyeviç isə impertriçanı razı salmaq üçün öz cinsi aktivliyini xüsusi preraratlarla gücləndirmək məcburiyyətində qalıb. Onun gənc yaşlarda ölümü də məhz bununla əlaqələndirilir. Belə ki, saray həkimi Veykart onun ölüm səbəbini məhz belə preparatlardan həddindən artıq istifadə etməsi ilə izah edib.

Və, nəhayət, 60 yaşlı Yekaterinanın sonuncu məşuqu 20 yaşlı Platon Zubov olub.

Qeyd edək ki, Yekaterina öz üzərində daim işləyib, təhsili ilə ciddi məşğul olub, çoxlu mütaliələr edib. Volteri, Publiy Korneliy Taçiti, Beyl Pyeri oxuyaraq fəlsəfi, hüquqi biliklərini artırıb. Əsas əyləncəsi isə ov, at sürmək, rəqs və maskaradlar olub.

Rusiyanı 34 il idarə edən II Yekaterina siyasi meydanda atdığı addımları ilə də fərqlənib. Rusların dənizləri işğal siyasətindəki uğurun böyük qismi məhz imperatriçanın dövrünə düşüb. Bu istiqamətdə fəaliyyətində Osmanlı dövlətinə də ciddi siyasi ziyan vurub. Belə ki, Krımı Osmanlıdan alaraq böyük bir qələbə əldə edib.

4 kişi ilə eyni vaxtda, bir dam altında...

Violet Qordon-Vudhaus - həddən artıq ciddi və nəcib ingilis ledisi sevgilisinə açdığı atəşlə məşhurdur. Bir dam altında eyni vaxtda 4 kişi ilə birlikdə yaşayıb, ancaq onlardan biri ilə qanuni evli olub. Maraqlısı budur ki, Violet Qordon-Vudhausun görüşdüyü kişilər bununla da məhdudlaşmayıb. O, evdəki 4 kişini qoyub başqaları ilə də əlaqədə olub. Özü də bunu gizlətməyib.Üstəlik, həyatındakı kişilər də onu paylaşmağa etiraz etməyib, birlikdə xoşbəxt və firavan yaşayıblar. Məsələn, həyat yoldaşı Uilyam Barrinqtona görə, dördlük yalnız bir dəfə mübahisə edib, o da kriket matçı ilə bağlı olub.

Violet Qordon-Vudhaus klavsendə ifa edərkən...

Gözəl casus Mata Hari

Mata Hari hollandiyalı rəqqasədir. 1900-cü illərin əvvəllərində Parisdə cazibədarlığı ilə şöhrət qazanıb. Bir çox güclü və nüfuzlu kişinin məşuqəsi olan Mata Hari sevgililəri ilə birlikdə Avropanı gəzib. Gözəlliyi və erotikliyi ona müharibədə də kömək edib. Belə ki, Birinci Dünya Müharibəsi başlayanda “H-21” kod adı ilə alman casusu olub. Bu sahədə böyük uğur qazanaraq bir çox hərbi sirri ələ keçirsə də, sonda yaxalanaraq fransızlar tərəfindən güllələnib.

Mata Hari 1905-ci ildə Guimet Muzeyinin kitabxanasında rəqs edərkən

Ona görə Kral öz taxtından imtina etdi

Vallis Simpson üç dəfə evli olub. Bu kübar amerikalı qadın gözəl olmasa da, ona görə kral taxtından imtina edib. Deyilənə görə, o, buna yüksək intellekti sayəsində nail olub.

Belə ki, Simpson 1930-cı illərin əvvəllərində şahzadə 8-inci Edvard ilə tanış olanda evli idi. Bu tanışlıqdan sonra ikinci ərindən boşanıb. Vallis Simpsonla 1934-ci ildən birlikdə olan Edvard 1936-cı ilin yanvarında taxta çıxıb. Lakin şahzadənin iki dəfə evlənib-boşanmış bir qadınla ailə qurmaq istəməsi ona ciddi problem yaradıb. O, ya sevgilisindən, ya da taxtdan imtina etməli idi. Şahzadə isə taxt-tacından imtina edərək özünü ömrünün sonuna qədər sevdiyi qadına həsr edib. Taxt Edvardın qardaşı VI Georgiyə verilib. Edvard və Vallis isə hersoq və hersoginya elan edilib.

2 Yanvar 1939-cu ildə çəkilmiş bu şəkildə hersoq və hersoginya Vindsor Cannda yeni ili qeyd edir.

Çoxərli yazıçı

Anais Nin əsərləri qədər münasibətləri ilə də məşhurdur. İki kişini birdən başdan çıxararaq onlarla evlənən qadın çoxərli olub. Məsələn, 1923-cü ildə Hyu Quiler ilə evlənən Nin, Rupert Poleaya da aşiq olandan sonra ikinci dəfə evlənib.

Nyu-york və Kaliforniya arasında qalan Nin vəziyyəti idarə etmək üçün ərlərinə həmişə qırmızı yalan danışmaq məcburiyyətində qalıb.

Seks-simvol Merilin Monro

İdmançılardan, alimlərə, hətta siyasətçilərə qədər bir çox kişini özünə heyran edən Monro öz dövrünün seks-simvolu olub. XX əsrin ən məşhur seksual qadını Amerika prezidenti Con Kennedini belə yoldan çıxara bilmişdi.

Merilin Monronun şöhrəti artdıqca onun şəxsi həyatı daha çox yelkənsiz qayığa bənzəyirdi. Fasiləsiz filmlərə çəkilən, kifayət qədər qonarar alan Monronun şəxsi mülkiyyəti və bahalı zinət əşyaları olmasa da, çoxlu sevgililəri olub. Deyilənə görə, mülkiyyət onu az maraqlandırıb. Daim sevgi axtarışında olan bu macəraçı qadın münasibətlərində hadisələrin sonunun nə ilə qurtaracağını qətiyyən düşünməyib. Əksinə, düşdüyü vəziyyətdən zövq almağı bacarıb. Xaraktercə azad olan kinoulduz sevgililərini, birlikdə olduğu kişiləri dəyişməkdə nə psixoloji, nə də mənəvi rahatsızlıq hiss edib. Hətta bu, onun bir növ həyat tərzinə çevrilib. O, üç dəfə rəsmi nikahda olub. Məşhur idmançı Ci Modcini böyük məhəbbətlə sevdiyi söylənsə də, aktrisa ondan da ayrılıb. Rejissor Artur Millerlə də evliliyi uzunmüddətli olmayıb. Əslində Merilin Monronun sevgililərinin kimliyi və sayı o qədər də dəqiq deyil. Sadəcə, onu deyə bilərik ki, dünya kinosunun əvəzsiz simalarından biri Marlon Brando, Amerika siyasətinin o dövrdəki zirvəsi sayılan Kennedi qardaşları da Merilinin intim həyatında olublar. Onun sevgili siyahısında Eynşteyn kimi elm adamlarının da adı çəkilir. Belə ki, Merilinin ən yaxın rəfiqələrindən olan Şelli xatirələrində yazırdı ki, bir dəfə Merilinin evində təsadüfən bir elm adamının da fotoşəklini tapıbmış. Əl yazısı olan açıqcada isə "hörmətlə, sevgilərlə və minnətdarlıqla Eynşteyn” sözləri yazılıb.

Deyilənlərə görə, Amerika prezidenti Con Kennedi ilə ilk tanışlığı onun ad günündə baş tutub. Monro Kennedini "Xoşbəxt İllər" mahnısı və məlahətli səsi ilə ovsunlayıb. Münasibətləri qısa və alovlu olub...

Həmin vaxt Kennedilər nəslinin parlaq siyasi dövrü idi. Bu, bütün amerikalı aktrisaların, müğənnilərin arzuladığı bir tanışlıq hesab edilsə də, Merilin üçün bunu söyləmək mümkün deyil. Onun ölümü də bunu deməyə əsas verir. Elə onun həyatı ilə yaxından maraqlananların, baş verənləri öyrənməyə cəhd edənlərin bir çoxu aktrisanın ölümünün məhz bu tanışlıqla bağlı olduğunu iddia edirlər. Belə ki, təxminən bir ay davam edən münasibətləri Con Kennedi bitirməyə qərar verir. Qısa müddət sonra, 1962-ci ilin avqustun 5-də səhər tezdən Merilin Manronu evində əlində telefon dəstəyi ölmüş vəziyyətdə tapırlar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm