FHN əməkdaşları Avropa İttifaqının iclasında işitrak edib - FOTO
Bizi izləyin

Qırmızı.az

FHN əməkdaşları Avropa İttifaqının iclasında işitrak edib - FOTO

Ukraynanın paytaxtı Kiyev şəhərində Avropa İttifaqının (Aİ) “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” adlı Şərq Proqramının (PPRD East) 2-ci fazasının Milli Proqram Əlaqələndiricilərinin və İdarəedici Komitəsinin ilk iclası keçirilib.

Publika.az-ın məlumatına görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri də həmin tədbirdə iştirak edib.

İclasa Şərq Proqramına qoşulmuş tərəfdaş ölkələrin mülki müdafiə və fövqəladə halların idarə olunması sahələrinə cavabdeh orqanlarının, Avropa Komissiyasının, Aİ-yə üzv dövlətlərin və beynəlxalq təşkilatların səlahiyyətli nümayəndələri qatılıb.

İclasda çıxış edən Aİ Şərq Proqramının layihə direktoru Jean Francois Moret və Avropa Komissiyasının Humanitar Yardım və Mülki Müdafiə Baş İdarəsinin Mülki müdafiə siyasəti, fövqəladə halların qarşısının alınması, hazırlıq və fəlakət riskinin azaldılması üzrə idarəsinin direktoru Hans Das Aİ Mülki Müdafiə Mexanizminin Aİ-yə üzv dövlətlər və tərəfdaş ölkələr arasında təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri sahəsində əməkdaşlıq üçün çərçivə olduğunu və 2014-cü ildə qüvvəyə minmiş mülki müdafiə üzrə yeni qanunvericiliyin tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsinə imkanlar yaradacağını qeyd ediblər.

İclasda tərəfdaş ölkələrin nümayəndələri cıxış edərək Avropa İttifaqı ilə erkən xəbərdarlıq sistemləri, elektron risk xəritələri, sənaye qəzalarının qarşısının alınması sahələrində təcrübə və mütəxəssis mübadiləsinin aparılmasının və Aİ-nin Birgə Tədqiqat Mərkəzi və “CBRN (kimyəvi, bioloji, radioloji və nüvə) Bacarıq Mərkəzləri” adlı təşəbbüsü çərçivəsində əməkdaşlığın zəruri olduğunu vurğulanıb.

İclas layihəyə cəlb edilmiş ekspertlərin təqdimatları ilə davam etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm