Qırmızı.az
Şeyxə UNESCO-nun Fəxri fərmanı verilib
Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində keçirilən “Dərbənd – üç dinin şəhəri” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə UNESCO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (UNITVIN) Fəxri fərmanına layiq görülüb.
QMİ-nin mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, Qafqaz müsəlmanlarının dini lideri Fəxri
fərmanla mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası
dialoqun inkişafı işinə verdiyi böyük töhfəyə, habelə UNESCO
kafedrası nəzdində Şimali Qafqazın mənəvi ənənələrinin, onların
mədəni özəlliklərinin korporativ tədqiqi üzrə bölmənin
yaradılmasına göstərdiyi konstruktiv dəstəyə görə təltif
olunub.
Qeyd edək ki, konfransda Qafqaz Müsəlmanları İdarəsini qurumun
sədrinin birinci müavini Müfti Salman Musayev və İdarənin
səlahiyyətli nümayəndəsi Surxay Məmmədli təmsil ediblər. Allahşükür
Paşazadənin konfrans iştirakçılarına müraciətini oxuyan S.Musayev
Qafqazın dini liderinin xeyir-dualarını Dərbənd əhalisinə
yetirib.
Sonra Dərbənd şəhərinin Cümə məscidinin icması ilə görüş keçirilib.
Görüşdə icmanın sədri Seyidyəhya Seyidov şeyxülislam Allahşükür
Paşazadəyə salamlarını və xeyir-dualarını yetirməyi xahiş edib.
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO