Əvvəl endirildi, sonra qaldırıldı – SÜRƏT HƏDDİ
Bizi izləyin

Qırmızı.az

Əvvəl endirildi, sonra qaldırıldı – SÜRƏT HƏDDİ

Bakıda bəzi yollarda endirilmiş sürət hədləri əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə Publika.az-a "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.

P.Mürsəliyevin sözlərinə görə, paytaxtın Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu beton yolda azaldılmış hərəkət sürətinin həddi əvvəlki vəziyyətinə qaytarılıb.

Qeyd edək ki, bu dəyişiklik Bakıda hava şəraitinin pisləşməsi səbəbindən edilmişdi. Belə ki, qeyd edilən yollarda zolaqlar üzrə sürət həddi 20 km/saat, yollar üzrə sürət həddi müvafiq olaraq 120 km/saat-dan 100-ə, 100km/saat-dan 80-ə, 80km/saatdan 60-a endirilmişdi.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm