Bahar aylarında həsir çantalarla dəbi yaxalayın!
Bizi izləyin

Dəb

Bahar aylarında həsir çantalarla dəbi yaxalayın!

Bu il bir çox modelyer keçmiş illərdən ilham alıb. Deyəsən, onlar 60-70-ci illərə damğa vurmuş geyim və aksessuarları yenidən gündəmə gətirməkdə həvəslidirlər.

Keçmişdən günümüzə improvizə edilmiş aksessuarlardan biri də həsirdən hazırlanmış səbət çantalardır. Bu çantalar 2015-ci ilin bahar sezonunun ən dəbli aksessuarı olmağa namizəddir. Qeyd edək ki, həmin çantalar əfsanəvi aktrisa Ceyn Birkinin stilinin əsas ünsürlərindən olub.

Artıq bir çox stil ikonası həsir çantaları qarderoblarına daxil ediblər.

Məşhur gözəllər fərqli kombinlərlə həsir çantalarını tamamlayaraq trendlə ayaqlaşmağa çalışırlar.

Fransız model Letisiya Kasta həsir çantasını ağ gipürlü donuyla kombinə edib. Eşli Olsen isə tünd qəhvəyi rəngli geyimini həsir çantayla tamamlayıb.

Qeyd edək ki, bu çantaların ən gözəl nümunələrini “Hermes” brendi istehsal edib. Elə dünya ulduzları da həsir səbət çantaları bu brenddən əldə etməyə üstünlük verirlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm