Separatçıdan etiraf: “Rusiya qoşunları sayəsində qalib gəldik”
Bizi izləyin

Dünya

Separatçıdan etiraf: “Rusiya qoşunları sayəsində qalib gəldik”

Özünü “Donetsk Xalq Respublikası”nın (“DXR”) xüsusi təyinatlı dəstəsinin komandiri adlandıran Dmitri Sapojnikov Debaltsevo rayonunun tutulması və Donbas hövzəsində peşəkar hərbçilərdən danışıb.

Publika.az xəbər verir ki, o, BBC-nin rus xidmətinə müsahibəsində Donetsk aeroportu və Debaltsevoda həyata keçirilən irimiqyaslı əməliyyatlarda Rusiya hərbçilərinin köməyinin həlledici olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiya generalları “DXR” və “Luqansk Xalq Respublikası”nın (“LXR”) rəhbərliyi ilə birgə bu cür əməliyyatların koordinasiya olunmasında iştirak ediblər. Dmitri Sapojnikov Debaltsevo əməliyyatlarında Rusiya tərəfindən iştirak edən hərbçilərin adını açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, sözügedən şəxslərin adının açıqlanması Rusiyada “böyük rezonans” doğura bilər.

Qeyd edilir ki, Loqvinovo qəsəbəsinin (Debaltsevo rayonunda yerləşir) tutulması üçün gedən döyüşlərdə Rusiya ordusunun tank bölməsi iştirak edib. “Biz Loqvinovonu mühasirəyə götürdük, üç-beş gün ərzində tanklar yardıma gəldi. Bu, Rusiya ordusu, buryatlar idi. Onların ağır texnikasının sayəsində Debaltsevonu aldıq”, - Dmitri Sapojnikov bildirib.

Xüsusi təyinatlı dəstənin komandiri həmçinin qeyd edib ki, Donbas hövzəsində Ukrayna tərəfdən ABŞ və Avropa hərbçiləri iştirak ediblər. Onun sözlərinə görə, Debaltsevoda xüsusi əməliyyat zamanı təxminən 300 xarici hərbçi əsir götürülmüşdü. Dmitri onların əksəriyyətinin snayperlər və təlimatçılar olduğunu qeyd edib.

Dmitri Sapojnikov Rusiyanın Monarxiya Partiyasının Peterburq regional bölməsinin rəhbəridir. İnşaat firmasının rəhbəri olan Dmitri ötən ilin oktyabrında könüllü olaraq Donbas hövzəsinə gəlib. O, Debaltsevo və Donetsk aeroportu uğrunda döyüşlərdə iştirak edib və hazırda Sankt-Peterburqda məzuniyyətdədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm