Magistraturaya proqram seçimi başladı
Bizi izləyin

Qırmızı.az

Magistraturaya proqram seçimi başladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul imtahanının I mərhələsində iştirak etmiş və müsabiqə şərtini ödəmiş bakalavrlara müraciət edib.

Komitədən Publika.az-a verilən məlumata görə, "Bakalavrın elektron ərizəsi"ndə qəbul proqramının seçilməsi və təsdiqi prosesinə başlanılıb. Ətraflı məlumat üçün https://eservices.tqdk.gov.az/erizemag/proqram/?frm=egov linkinə daxil olmaq lazımdır.

Qetd edək ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinin birinci mərhələsinə imtahan fevralın 22-də keçirilib. İmtahanda iştirak etmək üçün 23231 bakalavr qeydiyyatdan keçib. Onlardan 2669 nəfər imtahana gəlməyib, 4 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 20558 nəfər iştirak edib.


İmtahanda ən yüksək nəticə isə 96 bal olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm