"Düşmən barədə istənilən məlumata malikik"
Bizi izləyin

Qırmızı.az

"Düşmən barədə istənilən məlumata malikik"

Azərbaycan tərəfi düşmən barədə, eləcə də Ermənistanda baş verən bütün proseslərlə bağlı istənilən məlumata malikdir.

Bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlik bəyan edir ki, bu yaxınlarda “Dağlıq Qarabağın müdafiə naziri” Movses Akopyanın telefon danışığının audioyazısının ictimailəşməsi bunun əyani sübutudur.

Cəbhədə erməni tərəfinin itkilərin gizlədilməsinə gəldikdə isə həqiqətən erməni tərəfi bütün iyrənc üsullardan istifadə edərək xeyli sayda olan itkilərini gizlədir: “Bütün bunlara baxmayaraq, erməni mətbuatının yaydığı rəsmi məlumatları izləsəniz, ermənilərin itkilərinin statistikasını açıq-aydın görə bilərsiniz. Hətta rəsmi məlumatlar əsasında yayılan xəbərlər istər Ermənistanda, istərsə də düşmən ordusunda vəziyyətin nə qədər acınacaqlı, dözülməz və şəraitin yaxşılığa doğru bərpasının ümidsiz olduğunu açıq-aydın göstərir. Buna bariz nümunə isə martın 22-də Azərbaycan tərəfinə könüllü surətdə keçmiş erməni hərbi qulluqçu A.Qriqoryanın səsləndirdiyi fikirlərdir”.

Qeyd edək ki, Ermənistan KİV-ləri martın 29-30-da cəbhədə gedən döyüşlər zamanı 7 erməni hərbçinin öldüyü barədə məlumat yayıb. Rəsmi orqanlar isə bu barədə dəqiq məlumat vermirlər. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, erməni tərəfinin itkiləri açıqlanan rəqəmlərdən qat-qat çoxdur və ermənilər bu itkiləri tədricən açıqlayacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm