Hizbullah liderindən Səudiyyə Ərəbistanına ittiham: “Cəsarət hardandır?”
Bizi izləyin

Dünya

Hizbullah liderindən Səudiyyə Ərəbistanına ittiham: “Cəsarət hardandır?”

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Səudiyyə Ərəbistanının Yəmənə qarşı başladığı hərbi əməliyyatlara münasibət bildirib.

Publika.az-ın İran mediasına istinadən verdiyi məlumata görə, Hizbullah rəhbəri Ər-Riyadın hərbi əməliyyatlarını “işğalçı əməliyyat” adlandırıb.

Seyid Həsən Nəsrullah deyib ki, regionda baş verən hadisələrlə bağlı Livanın münasibət bildirməsi mütləqdir: “Biz ölkədə sabitliyi qorumaq üçün Əl-Müstəqbəllə danışıqlar yolunu seçdik. Bəzilərinin istəyinin əksinə olaraq biz bu danışıqları davam etdirəcəyik. Səudiyyə Ərəbistanı Yəmənə qarşı hərbi əməliyyatlara başlayıb. Ancaq Fələstin xalqı yaddan çıxarılıb. Halbuki Fələstin xalqı uzun illərdir ki, dünyaya car çəkərək kömək istəyir. Livan xalqı 1982-ci ildə Fələstin xalqının fəryadına səs verdi. Fələstin xalqı indi də Ərəb ölkələrindən kömək istəyir. Amma onlar heç bir iş görməyib. İndi Yəmənə qarşı bu cəsarət haradandır? Bəs Səudiyyə Ərəbistanı indiyədək regionda baş verən hadisələrə niyə münasibət bildirmirdi? İndi nə baş verib ki, Yəmənə qarşı hərbi əməliyyatlar başlayıb? Regionda sülhə təhdid olan İsrailin təhlükəsi sizi, Ərəbistanı narahat etmir? Bu bir daha onu göstərir ki, İsrail və Ərəbistan heç zaman düşmən olmayıb”.

Hizbullah lideri Səudiyyə Ərəbistanını Yəmənə qarşı hərbi əməliyyatlara son qoymağa səsləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm