Ən gözəl qadın və kişi siması müəyyən edildi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ən gözəl qadın və kişi siması müəyyən edildi - FOTOLAR

İngiltərədə Kent Universitetinin mütəxəssisləri kompüter texnologiyası ilə dünyanın ən gözəl qadın və yaraşıqlı kişi simalarını yaradıb.

Nəticədə araşdırma qrupunun yaratdığı qüsursuz qadın və kişi üzü Kim Kardaşyanın ögey bacısı model Kendall Cenner və ingiltərəli model Devid Qandiyə bənzəyib.

İngilis polisinin robot fotolar üçün istifadə etdiyi "EFIT-V Photofit" proqramından yararlanan Kent Universitetinin professoru Kris Solomon və araşdırma qrupu yaratdıqları fotoları 100 nəfərə göstərib.

Araşdırma qrupu insanlara hansı fotodakı adamı daha yaraşıqlı və ya gözəl hesab etdiyini soruşub. Nəticədə bu fotolar daha çox bəyənilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm