Digər
Husi qiyamı neftin daşınma xərcini 45 mindən 150 min dollara yüksəldib – ŞƏRH
Yəməndəki hava əməliyyatları bütün diqqətləri qlobal neft bazarına yönəldib. İldə yalnız 130 min barel neft istehsal edən Yəmənə hücumlardan sonra neft 60 dollara yaxınlaşsa da, həftə başlayandan ucuzlaşma müşahidə edilməkdədir.
Publika.az xəbər verir ki, əməliyyatların neft qiymətinə təsirinin ən böyük səbəbi ölkənin strateji mövqeyidir. Dünyada gəmiylə daşınan neftin 8 faizinin keçdiyi Babul Mendeb boğazı Yəməndə yerləşir. 40 kilometr genişliyə sahib boğaz hind okeanı ilə cənub-şərqi Asiyanı Süveyş kanalıyla Aralıq dənizinə, oradan Avropaya bağlayan dünyanın ən əhəmiyyətli dəniz ticarət yollarından biridir.
Boğazdan keçməyin təhlükəli olması neft tankerlərinin Cənubi Afrikadakı Ümid Burnundan istifadə etməsinə gətirib çıxarıb. Bu da daşınma xərcinin tanker başına 45 min dollardan 150 min dollara yüksəlməsinə səbəb olub.
Nəzərə çatdıraq ki, Nyu-York Fond Birjasında 30 mart tarixində may ayı üçün WTİ markalı neftin fyuçersləri 0,19 (-0,4%) dollar azalaraq bir barel üçün 48,68 dollar təşkil edib.
May ayı üçün Brent markalı neftin London fond birjasında fyuçersləri 0,12 (-0,2%) dollar azalaraq, bir barel üçün 56,29 dollar olub.
Bu gün “qara qızıl” düşməyə davam edib. Nyu-York Fond Birjasında WTİ neftinin may ayı üçün fyuçersləri 0,66 dollar azalaraq 48,02 dollar təşkil edib. Brent markalı xam neftin bir bareli Bakı vaxtı ilə 14.34-də 0.90 dollar azalaraq 55,39 dollar olub.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!