Prokuroru girov götürən terrorçular tələblərini açıqladı
Bizi izləyin

Dünya

Prokuroru girov götürən terrorçular tələblərini açıqladı

İstanbulun Çağlayan Ədliyyəsində prokuroru girov götürən terrorçular tələblərin nədən ibarət olduğunu açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, tələblər terrorçulara yaxın bir “Twitter” hesabından açıqlanıb.

Həmin tələblər aşağıdakılardır:

1.Berkin Elvanı qətl edən polislərin canlı efirə çıxaraq günahını etiraf etməsi;

2.Polislərin Xalq Məhkəmələrində mühakimə olunması;

3.Berkin Elvanın müdafiəsi üçün keçirilən aksiyalarda iştirakına görə həbs olunan, işdən çıxarılan və barəsində istintaq aparılan bütün şəxslərin üzərindəki ittihamların qaldırılması;

4.Prokuroru girov götürən terrorçuların təhlükəsiz bir şəkildə binadan çıxmasının təmin edilməsi;

5. Yaradılacaq bir heyətlə əlaqənin təmin edilməsi.

Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatının iki üzvü bu gün günorta saatlarında İstanbul Çağlayan Ədliyyəsinin prokurorunu girov götürüb. PKK-nın bir qolu hesab olunan təşkilat tələbləri yerinə yetirilməyəcəyi halda prokuroru öldürəcəyini bildirib. Hazırda binanın 6-cı mərtəbəsi mühasirəyə alınıb, bütün giriş və çıxışlar tutulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm