İki ölüm xəbəri birdən gəldi - məşhur futbolçular yetim qaldı
Bizi izləyin

İdman

İki ölüm xəbəri birdən gəldi - məşhur futbolçular yetim qaldı

Türkiyə futbolunun və "Beşiktaş"ın sabiq ulduzları Sərgən Yalçın və Ahmet Dursun eyni gündə atalarını itiriblər.

Publika.az xəbər verir ki, hazırda "Sivasspor"un idman direktoru vəzifəsində çalışan Sərgən Yalçının atası Özer Yalçın vəfat edib. Mərhum özünü pis hiss etdiyi üçün yanvarda xəstəxanaya müraciət etmişdi. Bundan sonra müalicə üçün İstanbuldakı klinikalardan birinə yerləşdirilmişdi.

Günün ikinci yarısında Türkiyədən daha bir qara xəbər gəldi. Ahmet Dursunun atası İsmət Dursun da vəfat edib. İsmət Dursun aprelin 2-də dəfn ediləcək.

Bu səbəbdən həm TFF, həm də keçmiş klubları “Beşiktaş” hər iki futbolçuya başsağlığı verib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm