Azərbaycan və Pakistan arasında hərbi protokol imzalanıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycan və Pakistan arasında hərbi protokol imzalanıb

Bu gün Azərbaycan və Pakistan arasında ikitərəfli hərbi əməkdaşlıq protokolu imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az verilən məlumata görə, Pakistan İslam Respublikasının Birləşmiş Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor İftixar Vayn ölkəmizdə səfərdə olmaqdan məmnun qaldığını, Azərbaycan və Pakistanın qardaşlıq əlaqələrinin kökündə tarixi bağlılığın, dini və mədəni əlaqələrin böyük rol oynadığını vurğulayıb. O, Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirməsi istiqamətində Pakistanın mövqeyinin dəyişməz olduğunu bildirib.

Görüş zamanı qərarların icra vəziyyəti nəzərdən keçirilib, yeni mövzular müzakirə olunaraq 2015-ci ilin ikitərəfli hərbi əmkdaşlıq planına daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm