İqtisadi gündəm
Soyqırımın canlı şahidi: “Türklər gələnə qədər ot tayasında gizləndik”
Ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı ermənilərin kütləvi soyqırımı əməlləri təkcə Bakı ilə məhdudlaşmırdı.
Publika.az xəbər verir ki, Yelizavetpol (Gəncə) Müsəlman Milli
Şurasının sədri Xasməmmədov 1918-ci il martın 28-də Seymin və
Cənubi Qafqaz hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı:
“Martın 18-də bolşeviklər tərəfindən Bakıdan 2000 yaxşı silahlanmış
top və pulemyota malik olan əsgər dəstəsi Şamaxı qəzası
istiqamətində yola salınmışdır. Dəstə yol boyu 15-dən çox müsəlman
kəndini, Şamaxı şəhərini darmadağın etmişdir. Minlərlə müsəlman, o
cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir. Faciəni təsvir
etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmışdır. Təcili
hökumətin köməyi lazımdır”.
Ermənilər Şamaxının 83 kəndinə hücumlar təşkil etdi, 53 kənd
yerlə-yeksan edildi, minlərlə insan qətlə yetirildi. Təkcə
Şamaxının 2 kilometrliyində yerləşən Əngəxaran kəndində erməni
quldurları dəhşətli qırğınlar həyata keçirdilər.
Müdafiəsiz kəndə soxulan düşmən tərəfindən Əngəxaranda ermənilərin törətdikləri vəhşiliklərlə əlaqədar təhqiqat materiallarında həmkəndlilərinin və şahidlərin ifadələrinə görə tərtib edilmiş siyahılarda bu kənddən ermənilərin böyük işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı var. Şamaxını hər tərəfdən mühasirəyə alan ermənilərə qarşı vuruşan könüllü dəstələr də olub. Tarixi məlumatlara görə, bu dəstələrdən birinə Şamaxı qəzasının rəisi olmuş Azad bəy Qocamanbəyov, başqa birisinə türk zabiti Osman Əfəndi başçılıq edirmiş.
Təhlükəni əvvəldən hiss edən A. Qocamanbəyov bir az silah-sursat
toplaya bilib. Məhz buna görə bəzi qırğınların qarşısının
alınmasında bu amil az rol oynamayıb. Osman Əfəndinin azsaylı
dəstəsi də düşmənə xeyli müqavimət göstərib.
Əngəxaran kəndinin ən nüfuzlu ağsaqqallarından olan mərhum Xanbaba
Əliyev bu faciəni gözləri ilə görənlərdən olub.
Araşdırmaçı – jurnalist Anar Turan Publika.az-a açıqlamasında
babası Xanbaba Əliyevin həmin dövrlə bağlı xatirlərini bölüşür.
Həmin vaxt 8 yaşı var imiş. Ermənilər kəndə qəfil basqın etdiyindən
və kənd əhalisi silahsız olduğundan müqavimət göstərə
bilməyiblər.
“Atam bizi gecə ilə Məlhəm kəndindən olan bir dostunun yanına
apardı və onun evində yerləşdik. Artıq atamın bir neçə dayısı,
qohumları qətlə yetirilmişdi. O bizi düz 3-4 gün ot tayasının
içində gizlətdi. Atamın dostu olan bu Məlhəm sakininin malakan
kəndi sayılan Çuxuryurdda xeyli tanışı var idi. Ona görə ermənilər
malakanların tövsiyəsi ilə ona toxunmadılar. O da bizim ailəni
erməni-rus dəstələrindən xilas edə bilmişdi. Atamın xeyli mal-qara
sürüsü var idi. Atası Bəyalı bəydən qalmışdı. Sonra eşitdik ki,
atam itkin düşüb. Mal-qara sürüsü də yoxdur. Biz daha heç vaxt onu
görmədik. Onu da digər həmkəndlilərimiz, qohumlarımız kimi
öldürmüşdülər. Sonra ermənilər eşitdi ki, türklər gəlir, çəkilib
getdilər. Yalnız bundan sonra evindən-eşiyindən didərgin düşüb
dağlara, başqa kəndlərə pənah aparan əngəxaranlıların sağ qalmış
hissəsi öz dağılmış kəndlərinə qayıtmağa başladı. Onlar bizi yalnız
türk-müsəlman olduğumuza görə öldürürdülər. Holokost deyirlər,
bizim elin faciəsi Holokostdan da dəhşətli idi. Sonradan eşitdik
ki, Şamaxıda Acıdərə yaxınlığında türklər həmin daşnakları məhv
ediblər”, - deyə babası A. Turana həmi dövrü xatırlayarkən
danışıb.
Qeyd edək ki, Şamaxının bu kəndinin gördüyü zərər digər kəndlərdən
daha dəhşətli olub. Hətta Şamaxı ziyalısı Seyfəddin Qəniyevin
araşdırmaların görə, Əngəxaranda 510 nəfər qətlə yetirilib.
Onlardan 70 nəfərinin başı “Qanlı dərə” və ya “Əngəxaran dərəsi”
adlanan yerdə vaxtilə Şamaxıda qəssab işləmiş bir erməni tərəfindən
kəsilib. Kənddəki 186 evdən 181-i yandırılıb, 7 aşığın külliyyatı
məhv edilib, bir aşıq isə qanına qəltan edilib.
Bütövlükdə, Şamaxı qırğınlarında cəllad Lalayevin başçılıq etdiyi
qoşun tərəfindən qəzanın 53 kəndində ermənilər 8027 nəfər
azərbaycanlını qətlə yetiriblər. Onlardan da 4190-ı kişi, 2560-ı
qadın, 1277-si uşaq idi. Ermənilər Şamaxı şəhərində
azərbaycanlılara məxsus 1 milyard manatdan yuxarı dəyəri olan
əmlakı qarət, şəhərin bütün evlərini yandıraraq məhv ediblər.
Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə sayılan və 800
yaşı olan “Cümə məscidi” yandırılıb. Bu faktları Fövqəladə Təhqiqat
Komissiyasının tərtib etdiyi aktlar da təsdiqləyir.
Asif Nərimanlı
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu