Dünya
Batan gəmi narkotik daşıyırmış
2012-ci ildə qəzaya uğrayan Costa Concordia səyahət
gəmisi iri həcmdə narkotik daşıyırmış. Bu barədə martın 30-da La
Repubblica qəzeti məlumat yayıb.
Nəşrin əlinə İtaliyanın Ndrangheta mafiya qruplaşması üzvlərinin
gəminin göyərtəsində iri kokain partiyasının daşındığına dəlalət
edən danışıqlarının səs yazısı düşüb. Qəzet qəzadan sonra da aşkar
edilməyən kriminal yükün Costa Concordia gəmisinin göyərtəsində
ekipaj üzvlərindən birinin köməyi ilə daşındığını ehtimal edir.
Ndrangheta İtaliyanın ən nüfuzlu və varlı cinayətkar
qruplaşmasıdır. Əsasən narkotik ticarəti ilə məşğul olan mafiya
İtaliyaya kokain daşıyan kanalları nəzarətdə saxlayır, Cənubi
Amerika narkokartelləri ilə sıx əməkdaşlıq edir.
La Repubblica nəşrinin məlumatına əsasən, mafiya narkotik yüklərini
Avropa, Şimali Amerika və Karib dənizi hövzəsi ölkələri arasında
əlaqə yaradan Norwegian Cruise Lines və MSC Cruises
kompaniyalarının gəmiləri ilə daşıyır.
Qeyd edək ki, 2012-ci il yanvarın 13-də 4,2 min sərnişinlə Aralıq
dənizində səyahət edən Costa Concordia gəmisi Cilyo adası
yaxınlığında qayalara dəyərək qəzaya uğramış, nəticədə 32 nəfər
həyatını itirmişdi.
Gəminin kapitanı Françesko Skettino təxminən üç il sürən məhkəmə
prosesindən sonra gəmini batırmaqda, qəsd olmadan ölümə səbəb
olmaqda və sərnişinlərin təxliyəsi başa çatmadan gəmini tərk
etməkdə təqsirli bilinərək 16 il azadlıqdan məhrum edilib.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ