Texnoloji
Günəş enerjisi ilə işləyən təyyarə növbəti dayanacağına endi
Günəş enerjisi ilə işləyən dünya səyahətinə çıxmış təyyarə Çinə çatıb.
Publika.az xəbər verir ki, bu təyyarənin dünya ətrafında səyahətinin beşinci dayanacağıdır. Təyyarə Myanmardan ayrıldıqdan təxminən 20 saat sonra Çonqqinqə enib.
Tək oturacaqlı Solar İmpulse 2 təyyarəsinin 72 metr uzunluğundakı qanadı Boeing 747 təyyarəsinin qanadından daha uzundur və bir avtomobil ağırlığındadır. Təyyarənin qanadlarında 17 min günəş batareyası yerləşdirilib. Bu, onun gecə də uçmasına kömək edir.
Solar İmpuls 2 təyyarəsi iki isveçrəli alim tərəfindən 12 il ərzində qurulub. Onlar hədəflərinin aviasiya sənayesində inqilab etmək olmadığını, əsas məqsədin alternativ enerji mənbələrini nümayiş etdirmək və yeni texnologiyanın nəyə qadir olduğunu göstərməkdən ibarət olduğunu deyib.
Təyyarənin dünya səyahətinə Oman, Hindistan, Myanmar və Çin daxildir. Sakit okeanı Havay adaları üzərindən keçdikdən sonra təyyarənin Birləşmiş Ştatlarda Arizonanın Finiks şəhəri, Nyu-York və hava şərtlərinə görə başqa bir yerdə dayanacağı gözlənir.
Son dayanacaqlar isə Atlantik okeanı üzərindən keçdikdən sonra Avropanın cənub bölgələri və şimali Afrika olacaq. Təyyarə iyul ayının sonu və ya avqust ayının əvvəlində Əbu Dabidə səyahətini tamamlayacaq.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO